Fev 10, 2018 09:42 Asia/Baku
  • fiə naziri: Dəməşqin kimyəvi silahlardan istifadəsinə dair fakt əldə olunmayıb
    fiə naziri: Dəməşqin kimyəvi silahlardan istifadəsinə dair fakt əldə olunmayıb

Fransa müdafiə naziri France İnter radiosu ilə müsahibədə deyib: İndiyə qədər Dəməşqin kimyəvi silahdan istifadə etməsinə dair etibarlı fakt əldə olunmayıb.

İRNA-nın məlumatına görə, Florens Parli əlavə edib: Elə buna əsasən, Dəməşqin qırmızı xətləri keçdiyini demək olmaz. 

ABŞ və müttəfiqləri indiyə qədər dəfələrlə Suriyada kimyəvi hadisələr, o cümlədən 2017-ci il 4 apreldə yüzdən çox nəfərin həlak olması ilə nəticələnən Suriyanın İdlib vilayətinin cənubunda Xan Şeyxun bölgəsinə şübhəli kimyəvi hücumunu bu ölkə hökumətinə aid etməyə çalışırlar. Halbuki rəsmi Dəməşq bu ittihamı dəfələrlə rədd edib. 

Rəsmi məlumatlara görə, İraq və Suriyada terrorçular kimyəvi silahlardan istifadə ediblər. 

Bir çox analitik Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə suçlamağı bu ölkə ordusunun terrorçular üzərində son qələbələri ilə paralel olan reallıqları əksinə cilvələndirmək və ictimai fikri aldatmağ səy kimi qiymətləndirir. 

Rusiya Xarici İşlər Nazirliyi də son vaxtlar bildirib ki, ABŞ-ın Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə suçlamağının məqsədi terrorçuları xilas etməkdir. 

Teqlər