Amerikalı müsəlman qadın ölümlə hədələndi
Minnesota ştatında meriya seçkilərinin namizədi olan müsəlman qadın virtual şəbəkədə ölümlə hədələnib.
Fars Xəbər Agentliyinin məlumatına görə, Minnesota ştatının ilk müsəlman meri olmaq üçün Roçester şəhəri meriya seçkilərinin namizədi Recina Mustafa deyib: Militar Hərəkat cari həftənin əvvəllərində internet vasitəsi ilə onu ölümlə hədələyib.
Recina Mustafanın sözlərinə görə, bu təhdid onun Google+-da yerləşdirdiyi məktubun üzərində yazılıb.
Recina öz twitter səhifəsində bildirib ki, istənilən təhdidi ciddiyə alır. Lakin bu təhdidlər onu əsas yolundan döndərə bilməyəcək.
Məlumata görə, Roçester şəhərinin 114 min nəfərlik əhalisinin təxminən 12 min nəfərini müsəlmanlar təşkil edir.
ABŞ İslam Əlaqələri Şurası da bu təhdidə reaksiyada polisdən məsələni araşdırmasını istəyib.
ABŞ İslam Əlaqələri Şurasının icraiyyə direktoru Cilani Hüseyn deyib: Bu şura ştat və federal rəsmilərindən bu təhdid haqda təhqiqat aparmasını istəyir.
Donald Trampın Ağ Evə gəlməsi və onun islamofobiya və irqçilik funksiyası ilə ABŞ-da müsəlmanlar və dini və etnos azlıqlarına qarşı hərəkətlər artmışdır.