Tunisdə anti-İsrail aksiyalar davam edir
https://azeri.sahartv.ir/news/dünya-i296189-tunisdə_anti_İsrail_aksiyalar_davam_edir
Tunisdə yüzlərlə siyasi-ictimai xadim bir daha aksiya keçirərək bu ölkə parlamentinin sionist rejim ilə əlaqə yaratmağı cinayət hesab edən qanunu qəbul etməkdə tez olmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2018 16:41 Asia/Baku
  • Tunisdə anti-İsrail aksiyalar davam edir
    Tunisdə anti-İsrail aksiyalar davam edir

Tunisdə yüzlərlə siyasi-ictimai xadim bir daha aksiya keçirərək bu ölkə parlamentinin sionist rejim ilə əlaqə yaratmağı cinayət hesab edən qanunu qəbul etməkdə tez olmasını istəyib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Tünisdə yüzlərlə adam bu gün ikinci gün dalbadal olaraq paytaxtda aksiya keçirib və sionist rejim ilə əlaqələri cinayət hesab edən qanunun qəbul olunmasını istəyib. 

Bu məlumata görə, aksiya iştirakçıları Tunis parlamentinin üzvlərindən bəzi partiyaların bu barədə dekabrın axırlarında təqdim etdikləri layihəni qəbul etmələrini istəyiblər. 

Aksiya iştirakçıları Fələstin bayrağını və Fələstin xalqı ilə həmrəyliyə çağıran, sionist rejimin cinayətlərini pisləyən plakatlar daşıyıblar.