Mart 13, 2018 10:06 Asia/Baku
  • BMT rəsmisi: Ruhinqaya qarşı cinayət, soyqırım nişanəsidir
    BMT rəsmisi: Ruhinqaya qarşı cinayət, soyqırım nişanəsidir

BMT-nin Myanma məsələləri üzrə xüsusi məruzəçisi dünən Ruhinqa müsəlmanlarına qarşı cinayətin soyqırımın nişanəsi olduğunu bildirərək, Myanma dövlətinin bu soyqırımında məsuliyyət daşıdığını vurğulayıb.

Yangi Li dünən BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçirilən iclasında deyib: Qane oldum ki, Myanma müsəlmanlarına qarşı cinayətlərdə soyqırım nişanələri mövcuddur və Myanma dövləti onda birbaşa məsuliyyət daşıyır.

Bu BMT rəsmisi Ruhinqa müsəlmanlarının geniş şəkildə qırğın edilmələrinə, o sıradan onların diri-diri yandırılmalarına dair mötəbər hesabatlara toxunaraq, deyib ki, indiyədək onun, Myanmaya daxil olaraq, bu cinayətlərin baş verdiyi məkandan baxış keçirilməsinə dair xahişlərinə məhəl qoyulmayıbdır.

BMT-nin Myanma məsələləri üzrə xüsusi məruzəçisi sonra deyib ki, Myanma dövləti bu hərəkətlərə görə cavabdeh olmalıdır, zira onun dayandırılması, pislənilməsi və ya qarşısının alınması sahəsində heç bir addım atmayıbdır.

Yangi Li əlavə edib: Ötən ilin avqust ayının sonlarından bəri ruhinqalıların yaşadıqları azı 319 kənd yerlə yeksan olunub və bu məntəqələrin sakinlərindən təqribən yeddi yüz min nəfər Myanmanın şimalındakı Raxin əyalətindən Banqladeşə qaçıbdır.

Myanmada Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlar ötən milad ilinin avqust ayının sonlarından başlanıbdır.

Teqlər