Rusiya İngiltərə parlamentinin iclasını "sirk" adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i298479-rusiya_İngiltərə_parlamentinin_iclasını_sirk_adlandırıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə parlamentinin aşağı palatasının Rusiyanın sabiq agentinin zəhərlənməsi hadisəsinin araşdırılmasına dair dünənki iclasını "sirk"ə bənzədib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2018 08:51 Asia/Baku
  • Rusiya İngiltərə parlamentinin iclasını
    Rusiya İngiltərə parlamentinin iclasını "sirk" adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə parlamentinin aşağı palatasının Rusiyanın sabiq agentinin zəhərlənməsi hadisəsinin araşdırılmasına dair dünənki iclasını "sirk"ə bənzədib.

İngiltərənin baş naziri Tereza Mey dünən İngiltərə parlamentinin aşağı palatasının iclasında Moskvanı Rusiyanın sabiq casusu Sergey Skripalın və onun qızının zəhərlənməsində iştirak etməkdə ittihamlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən bir bəyanatda yazıb: Bu iclas fitnəkarlığa söykənən siyasi və təbliğat xarakterli bir kampaniya idi.

Zaxarova əlavə edib: Xarici medialar bu hadisədən Rusiyanı təzyiq altında qoymaq üçün istifadə edirlər və Moskvanın nöqteyi-nəzərincə, bu, təhrikedici bir hərəkətdir.