Mart 21, 2018 21:25 Asia/Baku
  • Polşa: Rusiya Avropada siyasi intizamı pozmaq istəyir
    Polşa: Rusiya Avropada siyasi intizamı pozmaq istəyir

Polşanın xarici işlər naziri iddia edib ki, Rusiya Şərqi Avropanı səbatsızlaşdırmaq, transmilli birliyi pozmaq və avropalı müttəfiqlər arasındakı ixtilafları dərinləşdirməklə Avropadakı siyasi intizamı pozmaq istəyir.

Polşanın xarici işlər naziri Cek Çepotaviç bu ölkə parlamentində qanunvericilər və prezident qarşısında deyib: Rusiya 1989-cu ildən sonra zühur etmiş Avropadakı siyasi intizamı dəyişmək və istiqlaliyyəti Polşadan almaq istəyir.

O, həmçinin Rusiyanı Avropa ölkələri arasında və onların öz içərilərində siyasi ixtilaflar yaratmağa çalışmaqda ittiham və iddia edib ki, Rusiya sərhədaşırı birliyi qırmaqla Avropa Birliyində ixtilafları genişləndirməyə səy edir.

Polşa Rumıniya ilə yanaşı, ABŞ-ın raketə qarşı müdafiə sistemi yerləşdirdiyi Şərqi Avropa ölkələrindəndir.

 

Teqlər