Amerikada atışma qurbanları ilə həmrəylik
Amerikada silahlı insidentlərə qarşı etiraz aksiyaları ilə eyni zamanda Londonda da Florida ştatındakı silahlı insidentin qurbanları ilə həmrəylik əlaməti olaraq aksiyaçılar yerə uzanıblar.
CNN telekanalının verdiyi məlumata görə, dünyanın müxtəlif şəhərlərində şənbə günü əhali ABŞ-da silahlı insidentlərin qurbvanları ilə həmrəylik nümayişləri keçiriblər.
Britaniyanın London şəhərində də Florida məktəblərindən birinə qarşı silahlı hücumda həlak olanlarla həmrəylik əlaməti olaraq bir qrup insan yerə uzanaraq bir neçə dəqiqə sükut edib.
Fransanın Paris şəhərində isə aksiyaçılar Eyfel qülləsi ətrafına toplaşaraq Amerikada silahlı insidentlərə etiraz edənlərlə həmrəylik nümayiş etdiriblər. Honq-Konqda əhali yürüş keçirib. Aksiyaçıların əllərində daşldıqları plakatlarda belə yazılıbmış: " Bizim məktəblərdə qorxuya yer yoxdur" və " Silahı deyil, uşaqlaır mühafizə edin" .