Amerikalı dəniz piyadalarının komandanı İŞİD-lə mübarizədə acizliyi etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i300404-amerikalı_dəniz_piyadalarının_komandanı_İŞİd_lə_mübarizədə_acizliyi_etiraf_edib
ABŞ-ın dəniz donanması piyadaları komandanı Vaşinqtonun İŞİD-lə mübarizədə strategiyası barədə deyib: ABŞ bütün Afrika və Yaxın Şərqdə terrorizmlə mübarizə üçün yetərli potensiala malik deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2018 11:54 Asia/Baku
  • Amerikalı dəniz piyadalarının komandanı İŞİD-lə mübarizədə acizliyi etiraf edib
    Amerikalı dəniz piyadalarının komandanı İŞİD-lə mübarizədə acizliyi etiraf edib

ABŞ-ın dəniz donanması piyadaları komandanı Vaşinqtonun İŞİD-lə mübarizədə strategiyası barədə deyib: ABŞ bütün Afrika və Yaxın Şərqdə terrorizmlə mübarizə üçün yetərli potensiala malik deyil.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Vaşinqtonda Atlantik Şurasında ABŞ Dəniz Donanması piyadaları komandanı Robert Neller deyib: Dünya böyükdür və elə buna görə, başqa ölkələrlə müttəfiqlik yaratmaq və birgə şəkildə milli müdafiə strategiyasının bir hissəsidir. 

ABŞ Dəniz Donanması piyadaları komandanı əlavə edib: Bu ölkə sonda öz hərbçilərini regiondan çıxardığı vaxtda yerli qüvvələr terrorizmlə təklikdə mübarizə aparmalıdırlar. 

ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü il sentyabrda İŞİD terror qruplaşması ilə mübarizə iddiası ilə təşkil olundu. Lakin etibarlı faktlar vardır ki, bu koalisiya İŞİD-lə mübarizə aparmamış, üstəlik müxtəlif zaman kəsiyində bu terror qruplaşmasına dəstək göstərmişdir.