"Ərəbistanın Şərif Hərəmlərlə bağlı İdarəetməsinə Nəzarət üzrə Beynəlxalq Heyət" Ər-Riyadı qınadı
https://azeri.sahartv.ir/news/dünya-i300882-Ərəbistanın_Şərif_hərəmlərlə_bağlı_İdarəetməsinə_nəzarət_üzrə_beynəlxalq_heyət_Ər_riyadı_qınadı
Qətərdə çıxan Əl-Ərəb qəzetinin yazdığına görə Mərkəzi Qərargahı Malayziyada yerləşən "Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət üzrə Beynəlxalq Heyət" Tayləndin bəzi islam təşkilatlarının əməkdaşlığı ilə Şərif Hərəmlərin idarəedilməsi barədə iclas təşkil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 08:18 Asia/Baku

Qətərdə çıxan Əl-Ərəb qəzetinin yazdığına görə Mərkəzi Qərargahı Malayziyada yerləşən "Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət üzrə Beynəlxalq Heyət" Tayləndin bəzi islam təşkilatlarının əməkdaşlığı ilə Şərif Hərəmlərin idarəedilməsi barədə iclas təşkil edib.

 "Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət üzrə Beynəlxalq Heyət" Taylənd iclasında Ərəbistanın müsəlmanların müqəddəs məkanlarının idarə edilməsindəki bacarıqsızlığını tənqid edərək, Ər-Riyadın Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə etdiyini bildirib və Həcc gəlirlərindən əldə edilən pullardan sui-istifadə edərək, bu pulları Yəmən müharibəsinə xərcləməsini qınayıb. 

İclas iştirakçıları İslam ölkələri və dövlətlərinin Ərəbistanda yerləşən Şərif Hərəmlərin idarə edilməsində paya malik olmalarını vurğulayıblar.