Quterreş dumada kimyəvi hücum iddiası haqda ikinci bəyanat verib
https://azeri.sahartv.ir/news/dünya-i301434-quterreş_dumada_kimyəvi_hücum_iddiası_haqda_ikinci_bəyanat_verib
BMT baş katibi Suriya haqda ikinci bəyanatında bildirib: Bu təşkilat Dumada kimyəvi hücum haqda məlumatları təsdiqləyəcək mövqedə deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2018 12:31 Asia/Baku
  • Quterreş dumada kimyəvi hücum iddiası haqda ikinci bəyanat verib
    Quterreş dumada kimyəvi hücum iddiası haqda ikinci bəyanat verib

BMT baş katibi Suriya haqda ikinci bəyanatında bildirib: Bu təşkilat Dumada kimyəvi hücum haqda məlumatları təsdiqləyəcək mövqedə deyil.

Fars Xəbər Agentliyinin məlumatına görə, BMT baş katibi Antonio Quterreş çərşənbə axşamı günü Suriya haqda yeni bəyanatında Dumada kimyəvi hücuma dair yayımlanan informasiyalar haqda müstəqil araşdırmanın aparılmasını istəyib. 

Antonio Quterreş əlavə edib: Müharibədə və ya hər hansı şəraitdə bir tərəfin kimyəvi silahlardan istfadə etməsi təsdiqlənərsə, beynəlxalq qanunlar açıq-aşkar pozulmuşdur. 

Bazar günü və Dəməşqə ittihamların irəli sürüldüyü ərəfədə, BMT baş katibi bildirib: Bu təşkilat Dumada kimyəvi hücum haqda xəbər məlumatlarının doğruluğunu təsdiqləyə bilməz. 

Şənbə gecə terrorçuların Şərqi Qutənin Duma bölgəsinə kimyəvi hücumunda onlarla nəfər həlak olub və yaralanıb. 

Bu hücum ardınca, qərb Kütləvi İnformasiya Vasitələri Suriya hökuməti əleyhinə güclü psixoloji müharibəyə başlayıblar.