Apr 19, 2018 23:04 Asia/Baku
  • Makron etirazçıları qane edə bilməyib
    Makron etirazçıları qane edə bilməyib

Fransa prezidenti tətil elan etmiş dəmiryolu işçiləri və təqaüdçülərlə görüşündə onları qane edə bilməyib.

Frans24 kanalının verdiyi məlumata görə, Fransa prezidenti Emanuel Makron dəmiryolu işçiləri toplusunda etdiyi çıxışında Fransanın milli dəmiryolu bölməsində işçilərin təlim edilməsini vurğulayıb. 

Makron deyib: Mən özümü xalqdan ayrı hesab etmirəm. İslahatdan sonra da küçələrdə rahat dolaşa bilməyimi də düşünürəm. Mən lazım olanı edirəm və bu ölkədə dəyişiklik elə belə həyata keçirilməlidir. 

Tətil elan edənlər Makronla görüşlərində onun dəmiryolu işçiləri barədə qanun layihəsinə etiraz ediblər. 

Makronla danışıqdan 10 dəqiqə sonra fəhlə birliyi qane olmayıb və prezidentin onların səslərini eşitmədiyini bildirib. 

Təqaüdçülər də Makronun islahatlarına etiraz edirlər onlar təqaüd haqları və xəstəxanalarda üzləşdikləri problemlərdən gileylidirlər. 

Teqlər