Apr 20, 2018 21:30 Asia/Baku
  • "Facebook" istifadəçilərinin şəxsi məlumatlarının oğurlanması qalmaqalı böyüyür

87 milyondan çox "Facebook" istifadəçisinin şəxsi məlumatlarının siyasi və iqtisadi məqsədlər üçün oğurlanması və qeyri-qanuni şəkildə bəzi ölkələrin siyasi dairələrinin ixtiyarına verilməsi, bu məlumatlardan seçki kampaniyalarında sui-istifadə edilməsi böyük rüsvayçılığa səbəb olub.

Facebook istifadəçilərinin şəxsi məlumatlarının siyasi və iqtisadi məqsədlər üçün oğurlanması və bəzi siyasi dairələrin ixtiyarına verilməsi rüsvayçılığı böyüyür. Avropa Şurası da bu məsələnin araşdırılması üçün Facebook-un sahibi Zakerberin izahat verməsini tələb edib.

İctimai şəbəkə istifadəçilərinin şəxsi məlumatlarından siyasi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsi qalmaqalı böyüyür. Rüsvayçılığın miqyası böyüdükcə, reaksiyalar da artır.

Facebook  sahibinin  ABŞ Konqresində etdiyi etirafların ardınca , milyonlarla avropalının şəxsi məlumatlarının oğurlanmasına etiraz olaraq Avropa Şurası da Zakerberin bu xüsusda açıqlama verməsini istəyib.

“Bu qeyri-qanuni bir iş olmaqla yanaşı, siyasi bir problem sayılır. Bunun üçün məhdudiyyətlər tətbiq edilməlidir. Zakerber və Kembric Analitikin icraçı direktoru Avropa Parlamentinə çağrılmalı vu bu barədə izahat verməlidirlər.”

Facebook qeyri-qanuni bir hərəkətdə təqribən 87 milyon istifadəçinin şəxsi məlumatlarını Kembric Analitik müəssisəsinin fırıldaqçılığı ilə siyasi və iqtisadi məqsədlər üçün ölkələrin ixtiyarına verib.

“İnternet istifadəçilərinin şəxsi məlumatlarının icazə olmadan, qeyri-qanuni şəkildə oğurlanması və ondan sui-istifadə edilməsi əxalq və hüquq normalarına ziddir və qarşısı alınmalıdır.”

Zakerberi hələ ki, Facebook istifadəçilərinin şəxsi məlumatlarının oğurlanması və sui-istifadələrə məruz qalmasının miqyasını dəqiq açıqlamayıb. Amma, Kembric Universitetinə qarşı qanuni addımlar atmaq niyyətində olduğunu bildirib. Zakerberi bu proqramın Kembric Universiteti üçün araşdırmalar aparan Aleksandr Koqanın komandası tərəfindən həyata keçirildiyini və qanunsuz olaraq 87 milyon istifadəçinin məlumatlarının Kembric Analitikin ixtiyarına verildiyini deyib.

Hazırda, Amerika, Britaniya və Keniyada seçkilərin gedişinə təsir etmək məqsədi ilə Facebook istifadəçilərinin şəxsi məlumatlarının oğurlanması faktının araşdırılmasına baxmayaraq, bu məsələnin daha iri miqyasa malik olduğu söylənilir.

 

Teqlər