Apr 25, 2018 20:23 Asia/Baku
  • Kualalumpurda fələstinli alimlə vidalaşma mərasimi keçirilib
    Kualalumpurda fələstinli alimlə vidalaşma mərasimi keçirilib

Kualalumpur Universitetinin fələstinli müəllimi Fadi əl-Bətşlə vidalaşma mərasimi Malayziya paytaxtında Fələstin səfiri, qrupların nümayəndələri və müxtəlif şəxsiyyətlərin iştirakı ilə keçirilib.

İRNA-nın məlumatına görə, Kualalumpurun Stapak bölgəsində Fadi əl-Bətşin yaşadığı bölgənin məscidində vidalaşma mərasimi keçirildikdən sonra onun cəsədi aeroporta aparılıb. 

Fələstinin Malayziyadakı səfiri Ənvər əl-Ağa bildirib: Fadi əl-Bətşin cənazəsi bu gün bu ölkə sərhədi vasitəsi ilə Qəzzədə doğulduğu məkana aparılacaq. 

Vidalaşma mərasimində iştirak edənlərin əksəriyyəti əl-Bətşin şəkli və Fələstin bayrağını əllərində tutub. 

Energetika mühəndisliyi sahəsində mütəxəssis, elmi şəxsiyyət, ərəb dünyasının ən yaxşı araşdırmaçısı mükafatının qalibi Fadi Məhəmməd əl-Bətş şənbə günü sübh namazı qılmaq üçün məscidə getdiyi zaman naməlum şəxslərin odlu silahla atəş açması nəticəsində şəhid olub. 

Kualalumpur Universitetinin fələstinli müəlliminin terror edilməsi Malayziyanın ictimai qurumlarının sərt reaksiyası və Şərqi Asiyanın Kütləvi İnformasiya Vasitələrində geniş şəkildə əks olunmasına səbəb olub. 

Əl-Bətşin ailəsi, İslami Cihad və Fələstin İslam Müqaviməti Hərəkatları fələstinli müəllimin terror edilməsində sionist rejimin casusluq xidməti Mossadın məsuliyyət daşıdığını bildiriblər. 

Teqlər