Apr 26, 2018 12:37 Asia/Baku
  • Tramp Fars Körfəzi ətrafındakı ərəb ölkələrinə kəskin hücum edib

ABŞ prezidenti deyib ki, bəzi ərəb ölkələri Vaşinqtonun dəstəyi olmadan davam gətirməzlər.

ABŞ prezidenti Donald Tramp dünən fransız həmkarı Emmanuel Makron ilə birgə mətbuat konfransında deyib: Bəzi ərəb ölkələri Vaşinqtonun dəstəyi olmadan hətta bir həftə belə, davam gətirməzlər; buna görə, onlar bu işin xərcini ödəməlidirlər.

Tramp, onun təbirincə desək, "Vaşinqtonun himayə etdiyi ölkələr"in adlarını çəkməyibdir. O, əlavə edib: Vaşinqton varlı ölkələrin müdafiəsinə yeddi trilyon dollar xərcləyib və tezliklə amerikalı əsgərlər regiondakı yerlərini həmin ölkələrin hərbi qüvvələrinə verəcəklər.

ABŞ prezidenti bundan öncə də Suriyada İŞİD ilə savaş üçün yetərincə pul vermədiklərinə görə, Fars Körfəzi ətrafındakı ərəb ölkələrinə, xüsusən Ərəbistana və Birləşmiş Ərəb Əmirliklərinə hücum etmişdi. 

Teqlər