Nobel heyətinin bir üzvü də istefaya getdi
Ədəbiyyat üzrə Nobel mükafatı laureatını seçmək vəzifəsini yerinə yetirən İsveç Akademiyası bildirib: Bu heyətin başqa bir üzvü baş verən son rüsvayçılıqlar ardınca istefa verib.
CBC xəbər portalının məlumatına görə, Sara Straydsberg 18 nəfərlik heyətinin istefa verən 6-cı üzvüdür.
Akademiyanın üzvlərindən Katrina Frostensonun həyat yoldaşı Jan Klod Aronoya qarşı cinzi zorakılıq ittihamları irəli sürüldükdən sonra istefalar başlanmışdır. Arono Nobel müəssisəsinin maliyyə dəstəyi adı altında fəaliyyət göstərn bir mədniyyət klubunun sahibi olmuşdur.
Təsdiqlənməmiş bəzi məlumatlara görə, İsveç Akademiyası illərdir bu ittihamlardan məlumatlı olub, lakin bu istiqamətdə heç bir addım atmayıb.
Arono həmçinin ədəbiyyat üzrə Nobel mükafatının ötən yeddi dövründə qaliblərin adını təyin olunan vaxtdan öncə ifşa etməkdə suçlanır. Hər il bəzi mərc dairələrinin Nobel mükafatının qaliblərini proqnoz etməyə şərait yaradır və onların adlarının ifşa olunması külli miqdarda gəlirlərin əldə olunması deməkdir. Buna görə bu məsələ diqqət mərkəzində durur.
İsveç Akademiyasının üzvlərinin əksəriyyəti indiyədək Frostensonun istefasına qaşrı çıxıb. Bu məsələ başqa üzvlərin də istefası ilə nəticələnib. Yaranan rüsvayçlıq ardınca bu il ədəbiyyat üzrə Nobel mükafatı tədbirinin keçirilməməsi mümkündür.