Tramp federal hökuməti fəaliyyətini dayandırmaqla hədələdi
https://azeri.sahartv.ir/news/dünya-i304762-tramp_federal_hökuməti_fəaliyyətini_dayandırmaqla_hədələdi
ABŞ prezidenti bir daha federal hökuməti fəaliyyətini dayandırmaqla hədələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2018 10:01 Asia/Baku
  • Tramp federal hökuməti fəaliyyətini dayandırmaqla hədələdi

ABŞ prezidenti bir daha federal hökuməti fəaliyyətini dayandırmaqla hədələyib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Konqres Meksika ilə sərhəd divarının çəkilməsi üzrə əlavə büdcəni təmin etməzsə, sentyabr ayında Federal Hökumətin fəaliyyətini dayandıracaq.

Tramp şənbə günü Miçiqan ştatında Meksika divarının çəkilməsi üzrə öz qərarının icrasını vurğulayıb və deyib: Ağ Ev divarın çəkilməsinə başlayıb və 1,6 milyard dollara ehtiyaclıdır. 28 sentyabra qədər bu məsələ ilə məşğul olacağıq və o zamana qədər sərhəd təhlükəsizliyi olmazsa, hökumətin fəaliyyətini dayandırmaqdan başqa seçim yoxdur.