Apr 29, 2018 17:09 Asia/Baku
  • Şeyx Zəkzaki Nigeriya hökumətinin təklifi ilə razılaşmayıb

Nigeriya İslam Hərəkatının rəhbəri fəaliyyətini dayandırması ilə bağlı bu ölkə hökumətinin təklifini qəbul etməyib.

Əl-Aləm televiziyasının məlumatına görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin tərəfdarları deyiblər: Şeyx Zəkzaki fəaliyyətlərini dayandırması qarşısında azad olunmasına dair Nigeriya hökumətinin təklifini qəbul etməyib.

Nigeriya İslam Hərəkatı rəhbərinin tərəfdarlarının dediyinə görə, Nigeriya hökumətinin təklifi Şeyx Zəkzakinin həbsini davam etdirməyi əsaslandırmaq üçün hazırlanmış plandır.

Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı 13 dekabr 2015-ci ildə Nigeriya hərbçilərinin Kaduna əyalətinin Zarya şəhərində hüseyniyyəyə hücumunda həbs olunublar.

Bu hücumda Nigeriya hərbçiləri yüzlərlə nəfər, o cümlədən Şeyx Zəkzakinin üç oğlunu şəhid ediblər.

Nigeriya Ali Məhkəməsi Şeyx Zəkzaki və həyat yoldaşının azad edilməsinə qərar verib. Lakin ordu və hökumət onun xəstəliyi və fiziki zəifliyinə rəğmən, bu qərarı icra etmək istəmirlər.

Teqlər