Zaxarova qərbli jurnalistlərin etikadan uzaq hərəkətlərini tənqid edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü qərbli jurnalistlərin Suriyanın Duma şəhərindəki saxta kimyəvi hücumun şahidləri barədəki etikadan uzaq hərəkətlərini tənqid edib.
Rusiya xarici işlər nazirliyinin sözçüsü qərbli jurnalistlərin Suriyanın Duma şəhərindəki saxta kimyəvi hücumun şahidləri kimi Suriya vətəndaşları barədəki etikadan uzaq hərəkətlərini tənqid edib və deyib ki, tezliklə bu müxbirlərin adlarını elan edəcəkdir.
Mariya Zaxarova Rusiyanın birinci telekanalında aprelin 26-da kimyəvi silahların qadağanı təşkilatında keçirilən mətbuat konfransı gedişində İngiltərənin BBC və ITV telekanalları müxbirlərinin verdikləri suallara toxunub. Bu mətbuat konfransında Suriyanın Duma şəhərindəki saxta kimyəvi hücumun 17 şahidi iştirak edibdir.
Zaxarova deyib: İngiltərənin ITV telekanalının müxbiri suriyalı şahidlərdən soruşdu ki, həmin mətbuat konfransında iştirak üçün nə qədər pul alıblar.
BBC telekanalının müxbiri də iddia edibdir ki, həmin mətbuat konfransında iştirak edən on iki yaşlı suriyalı uşaq- Həsən Diyab psixoloji travmaya düçar olacaq.
O, əlavə edib: Sonrakı iclasda mən bu jurnalistlərin adlarını sizə elan edəcəyəm və biz bu səhnəni yenidən quracağıq ki, onlar necə Suriya vətəndaşlarını öz sualları ilə zəhərləyirdilər. Onlar deyirdilər ki, bu Suriya vətəndaşları kimyəvi maddələrlə zəhərləndiriliblər, lakin biz göstərəcəyik ki, həmin jurnalistlər bu şəxsləri zəhərləyiblər. Həmin Suriya vətəndaşları həmin ingilis jurnalistlərin sualları ilə zəhərləndirilərək, istehza olundular.
Cümə axşamı günü Suriya və Rusiyanın kimyəvi silahların qadağanı təşkilatındakı nümayəndələri Suriyanın Duma şəhərində iddia olunan kimyəvi hücum barədə keçirilən mətubat konfransında iştirak ediblər. Bu mətubat konfransında on yeddi şahid iştirak edibdir ki, ağpapaqlılar adlı qrupun iddia olunan kimyəvi hücum barədə yaydığı videoçarxın saxta olduğunu sübut etmiş olsun. Bu saxta video ABŞ, İngiltərə və Fransanın aprelin on dördündə Suriyaya qarşı hava hücumu həyata keçirmələri üçün bir əsas olmuşdu.