Fransa B.Əsədin kənarlaşdırılması tələbindən geri çəkilib
Fransanın Rusiyadakı səfiri bildirib ki, ölkəsi Suriya prezidentinin istefası tələbini kənara qoyubdur.
Fransanın Rusiyadakı səfiri Silvi Bermen deyib ki, ölkəsi Suriya böhranının həlli sahəsində önşərt kimi bu ölkənin prezidenti Bəşşar Əsədin istefası üzrə tələbini kənara qoyubdur.
Fransa səfiri həmçinin Suriyanın gələcək taleyinin bütün siyasi qrupların iştirakı və danışıqlar yolu ilə təyini vacibliyini vurğulayıb.
ABŞ, Fransa və Suriyaya qarşı olan bir neçə ölkə Suriyanın qanuni dövlətilə ahəngdar olmadan və terrorçularla mübarizə bəhanəsilə 2014-cü ildə BMT çərçivəsindən kənar hərbi bir koalisiya yaratdılar. Belə bir halda, onların özləri terror qruplarından bir vasitə kimi istifadə etməklə Bəşşar Əsəd dövlətinin süqut etdirilməsi ssenarisini hazırlamışdılar.
Suriya 2011-ci ildən bu ölkənin dövlət qüvvələrinin terror qrupları ilə mübarizəsi və vətəndaş müharibəsinin şahididir.