May 11, 2018 10:38 Asia/Baku
  • Malayziyanın yeni baş naziri Mahatir Məhəmmədin andiçmə mərasimi baş tutub
    Malayziyanın yeni baş naziri Mahatir Məhəmmədin andiçmə mərasimi baş tutub

Malayziyada keçirilən son parlament seçkilərində qələbə çalmış "Ümid" koalisiyasının başçısı Mahatir Məhəmməd bu ölkənin 7-ci baş naziri olaraq and içib.

"Ümid" koalisiyasının rəhbəri olan Mahatir Məhəmməd dünən Malayziya kralı sultan 5-ci Məhəmməd və yüksək səviyyəli ölkə rəsmilərinin iştirak etdiyi mərasimdə yeddinci baş nazir olaraq and içib. 

92 yaşlı qocaman siyasətçi Mahatir Məhəmməd mətbuat konfransında iştirak edərək, Ümid koalisiyasının tərkibində Parlamentə üzv seçilən bütün deputatların habelə, müstəqil Varisan partiyasının nümayəndələrinin birgə bəyanat imzalayaraq, onu baş nazir seçdiklərini bildirib. 

Malayziyanın Seçki Komissiyasının bildirdiyinə görə, Mahatir Məhəmmədin başçılıq etdiyi Ümid koalisiyası parlamentin 222 yerindən 113-nü özünə aid edib. 

Bununla da Mahatir Məhəmməd "seçkilərin anası" adlandırılan seçkilərdə başlıca rəqibi olan Malayziyanın 6-cı baş naziri Nəcib Rəzzaq üzərində qələbə çalaraq, 15 ildən sonra yenidən iqtidara qayıtmağı bacarıb. 

Mahatir Məhəmməd daha öncə 1981-ci ildən 2003-cü ilə qədər Malayziyanın baş naziri olub. 

Teqlər