May 19, 2018 12:36 Asia/Baku
  • ABŞ-da orta məktəblərində silahlı insidentlər
    ABŞ-da orta məktəblərində silahlı insidentlər

ABŞ orta məktəblərində silahlı insidentlər hələ də insanların həyatına son qoyur.

Texasda orta məktəbdə silahlı insident nəticəsində bir neçə məktəbli ölüb və yaralanıb. 

Texas ştatının qubernatoru Qerq Ebot deyib: Santafe məktəbində silahlı insidentdə 10 nəfər həlak olub, on nəfər də yaralanıb. 

Texas polisi həmçinin təsdiqləyib ki, bu məktəbin həyətində və ətrafında bir neçə partlayıcı vasitə aşkarlayıb. 

Santafe şəhər polisi Ed Qonzales də deyib: Dəhşətli silahlı insidentdə şübhəli bilinən iki nəfər polis təcridxanasındadır. 

Məlumatlara görə, 17 yaşlı Dmitrius Paqortzis insidentin əsas şübhəlisidir və polis təcridxanasında saxlanılır. 

Bu insident, üç ay öncə 17 nəfərin həlak olması ilə nəticələnən Florida ştatında orta məktəbdəki silahlı insidentdən sonra ən qanlı hadisə hesab olunur. 

Həmçinin ABŞ-ın Corciya ştatında Monz Zion məktəbində də silahlı insident baş verib, bir nəfər həlak olub, iki nəfər də yaralanıb. 

Klayton polisi bildirib: Bu hadisə məktəbin həyətində baş verib və hadisə haqda araşdırmalar başlayıb. Bəzi medialar yaralıların bir neçə nəfər olduğunu bildirib. 

Bundan öncə ABŞ rəsmiləri bildirdilər ki, Kaliforniya ştatında məktəbə silahlı basqından sonra 14 yaşlı yeniyetmə saxlanılmışdır. 

ABŞ orta məktəblərində təhlükəsizlik durumu o qədər nigaranedicidir ki, prezident Donald Tramp hökuməti bir qərara görə, böyük qınağa tuş gəlib. Həmin qərara əsasən müəllimlər və məktəb işçilərini atəş açanlarla mübarizə aparmaq adı altında odlu silahdan istifadə təliminə təşviq edir. 

İldə ABŞ-ın müxtəlif bölgələrində minlərlə nəfər odlu silahdan istifadə nəticəsində həlak olur və ya yaralanır. Rəsmi statistikalara əsasən, ABŞ-da təxminən 270-300 milyon ədəd silah vardır. Yəni bu ölkədə hər bir nəfərə bir silah tapılır. 

Teqlər