Rusiya Malayziya təyyarəsinin vurulması hadisəsində müdaxilə etmədiyini bildirib
https://azeri.sahartv.ir/news/dünya-i309518-rusiya_malayziya_təyyarəsinin_vurulması_hadisəsində_müdaxilə_etmədiyini_bildirib
Rusiya xarici işlər naziri bildirib: Heç bir müəyyən fakt Moskvanın Ukrayna ərazisində Malayziya təyyarəsinin vurulmasında əlinin olmasını təsdiqləmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 07:05 Asia/Baku
  • Rusiya Malayziya təyyarəsinin vurulması hadisəsində müdaxilə etmədiyini bildirib
    Rusiya Malayziya təyyarəsinin vurulması hadisəsində müdaxilə etmədiyini bildirib

Rusiya xarici işlər naziri bildirib: Heç bir müəyyən fakt Moskvanın Ukrayna ərazisində Malayziya təyyarəsinin vurulmasında əlinin olmasını təsdiqləmir.

RİA-Novostinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü Hollandiya xarici işlər naziri Stef Blokla telefon söhbətində deyib: Hollandiya Rusiyanın MH-17 təyyarəsinin vurulmasında Rusiyanın müdaxiləsini sübut edə bilməz. 

Avropa Birliyi və Şimali Atlantik Alyansı NATO cümə günü Rusiyadan Ukrayna ərazisində Malayziya hava yollarına məxsus MH-17 təyyarəsinin vurulması məsuliyyətini qəbul etməsini istəyiblər. 

Britaniya xarici işlər naziri Boris Conson da bildirib: Malayziya təyyarəsinin vurulması haqda hesabatdan sonra Rusiya hökuməti öz hərəkətinə görə cavabdeh olmalıdır. 

Malayziyanın hava yollarına məxsus MH-17 sərnişin təyyarəsi 2014-cü il 17 iyulda Amsterdamdan Kualalumpur istiqamətində uçarkən Rusiya-Ukrayna sərhədində qəzaya uğradı və 298 sərnişin həlak oldu.