Ö.Əlbəşir Sudanın pis iqtisadi şəraitindən əsəbiləşib
https://azeri.sahartv.ir/news/dünya-i310746-Ö.Əlbəşir_sudanın_pis_iqtisadi_şəraitindən_əsəbiləşib
Sudan prezidenti kəskin bir çıxışda bildirib ki, bu ölkə sanksiyaların ləğv edilməsinə rəğmən, hələ də iqtisadi mühasirədədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2018 09:29 Asia/Baku
  • Ö.Əlbəşir Sudanın pis iqtisadi şəraitindən əsəbiləşib
    Ö.Əlbəşir Sudanın pis iqtisadi şəraitindən əsəbiləşib

Sudan prezidenti kəskin bir çıxışda bildirib ki, bu ölkə sanksiyaların ləğv edilməsinə rəğmən, hələ də iqtisadi mühasirədədir.

Ömər Əlbəşir deyib: Sudan Amerikanın sanksiyalarının ləğv edilməsinə rəğmən, hələ də iqtisadi mühasirədədir və maliyyə təmini üçün böyük beynəlxalq müəssisələrin xidmətlərindən istifadə edə bilmir.

Sudan prezidenti vurğulayıb ki, bu ölkə 20 ildir iqtisadi mühasirədədir.

Əlbəşir deyib: Sudan borcların bağışlanması üzrə bütün şəraitə malik olmuş olsa da, borcların bağışlanmasına şamil edilməyən yeganə ölkədir.

Sudan prezidenti sonra bu şəraitin yaradılmasını siyasi dəlillərlə əlaqələndirib.

Belə bir halda, Sudanda müxalif partiyalar koalisiyası hakim quruluşu bu ölkədə iqtisadi böhranın yaranması və davam etməsinin amili hesab edir. Bu koalisiya Sudan xalqından istəyibdir ki, Əlbəşir hökumətinə qarşı aksiya keçirsin.

Sudanda inflyasiya əlli faizə çatıb və bu ölkə xalqı cari ilin yanvarından bəri əsas əmtəə mallarının qiymətlərinin artmasına qarşı dəfələrlə aksiya keçiribdir.