İspaniya baş naziri kənarlaşdırılıb
Hakim xalq partiyasının korrupsiyasına görə impiçment edilmiş İspaniyanın baş naziri bu gün vəzifəsindən kənarlaşdırılıb.
İspaniya parlamentində Mariano Raxoyun impiçmenti layihəsinin araşdırılmasının ikinci günündə nümayəndələrin səs vermələrindən sonra İspaniya sosialist partiyasının lideri Pedro Sançez 179 lehinə, 169 əleyhinə və bir bitərəf səs ilə bu ölkənin baş naziri seçilib.
Sançez bu vəzifəni tutmaq üçün 350 nümayəndə səsindən minimum 175 səsə ehtiyac duyurdu.
Yeni baş nazir elə bir halda seçilibdir ki, hökumət partiyasının və onun müttəfiqi olan vətəndaş partiyasının nümayəndələri Sançezin əleyhinə səs veriblər və Sançez solçu Pudmos, Bask əyalətinin millətçi, Kataloniya solçu respublikaçı, Kataloniya demokratik, kompromis və yeni Kanar adaları partiyalarının səsləri ilə bu vəzifəyə çatıbdır.
Hazırda İspaniya kralı altıncı Felipe onun baş nazirlik hökmünü imzalaya bilər.
Sosialistlərin rəhbəri bundan sonra yeni nazirlər kabinetini təşkil etməli, nazirlər kralın yanıda and içməli və sonra öz işlərinə başlamalıdırlar.