İyun 01, 2018 21:31 Asia/Baku
  • Amerikada 2 milyondan çox iş yeri təhlükəyə düşüb
    Amerikada 2 milyondan çox iş yeri təhlükəyə düşüb

ABŞ prezidentinin ticarət siyasətləri bu ölkədə iki milyon 600 min iş yerini təhlükə ilə üzləşdiribdir.

Amerika ticarət otağının sədri Tom Danahiyo bildirib ki, bu ölkənin gömrük rüsumları ABŞ-ın Şimali Amerika Azad Ticarət Müahidəsindən ehtimal üzrə çıxması ilə yanaşı, bu ölkədə iki milyon 600 min iş yerinin təhlükə ilə üzləşməsinə bais olubdur.

Tom Danahiyo proqnoz edib ki, ABŞ-ın Şimali Amerika Azad Ticarət Müahidəsindən çıxması birinci ildə bu ölkədə bir milyon 800 min iş yerinin aradan getməsinə bais olacaq.

Danhiyo əlavə edib: Çinə qarşı rüsumun tətbiq edilməsi 134 min iş yerinin itiriilməsinə, polad və alüminium idxalı sektorunda rüsumun tətbiq edilməsi 470 min iş yerinin məhvinə, hökumətin avtomobilqayırma və avtomobil hissələri sahəsində nəzərdə tutduğu tariflər də 157 min iş yerinin itirilməsinə gətirib çıxaracaqdır.

Şimali Amerika Azad Ticarət Müahidəsi 1994-cü ildə Amerika, Kanada və Meksika arasında bağlanıb. Onda məqsəd, bu ölkələr arasında investisiyaların həyata keçirilməsi və ticarət məhdudiyyətlərinin aradan götürülməsi olubdur.

Tramp prezident seçkilərində qalib gəldikdən sonra öz iqtisadi proqramlarından birini, məhz Şimali Amerika Azad Ticarət Müahidəsinin yenidən nəzərdən keçirilməsi elan etdi.

Həmişə təhlükəsizlik və daxili məsələlər, xüsusən məişət və rifah Amerika xalqı üçün beynəlxalq məsələlərdən daha mühüm olub və bu məsələlər onun əsas nigarançılıqlarından sayılır.

Teqlər