Kreml Şimali Koreya rəhbərini Moskvaya dəvət edib
https://azeri.sahartv.ir/news/dünya-i310960-kreml_Şimali_koreya_rəhbərini_moskvaya_dəvət_edib
Kremlin sözçüsü bildirib ki, Rusiya dövləti Şimali Koreya rəhbərini Rusiyaya səfərə dəvət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2018 13:53 Asia/Baku
  • Kreml Şimali Koreya rəhbərini Moskvaya dəvət edib
    Kreml Şimali Koreya rəhbərini Moskvaya dəvət edib

Kremlin sözçüsü bildirib ki, Rusiya dövləti Şimali Koreya rəhbərini Rusiyaya səfərə dəvət edib.

Röytersin verdiyi məlumata görə, Dmitri Peskov bu gün bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya rəhbəri Kim Cun İni rəsmən bu ölkəyə səfərə dəvət edib. 

Peskov bildirib: Kim Cunq İnin sentyabrda Rusiyanın uzaq şərq bölgəsində Vladivostukda keçiriləcək iqtisadi iclasında iştirak çərçivəsində Rusiyaya səfəri ehtimal edilir. 

Kremlin Şimali Koreya rəhbərini dəvət etməsi Rusiyanın XİN rəhbərinin Ş.Koreyaya səfərindən bir neçə gün sonra baş tutur.