ABŞ əl-Hüdeydə limanını işğal etmək üçün Ərəbistan və BƏƏ ilə əlbir olub
https://azeri.sahartv.ir/news/dünya-i311180-abŞ_əl_hüdeydə_limanını_işğal_etmək_üçün_Ərəbistan_və_bƏƏ_ilə_əlbir_olub
ABŞ-ın Wall Street Journal nəşri bildirib: ABŞ Yəmənin əl-Hüdeydə limanının işğalını dəstəkləmək üçün Birləşmiş Ərəb Əmirliklərinin müraciətini araşdırmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 17:04 Asia/Baku
  • ABŞ əl-Hüdeydə limanını işğal etmək üçün Ərəbistan və BƏƏ ilə əlbir olub
    ABŞ əl-Hüdeydə limanını işğal etmək üçün Ərəbistan və BƏƏ ilə əlbir olub

ABŞ-ın Wall Street Journal nəşri bildirib: ABŞ Yəmənin əl-Hüdeydə limanının işğalını dəstəkləmək üçün Birləşmiş Ərəb Əmirliklərinin müraciətini araşdırmaqdadır.

Wall Street Journal yazıb: ABŞ dövlət katibi Mayk Pompeo əl-Hüdeydə limanının işğalı əməliyyatında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya kömək etmək üçün nəzarət Pilotsuz Uçan Aparatların ezam olunmasına şamil olan Birləşmiş Ərəb Əmirliklərinin müracətinin tez bir zamanda araşdırılmasını istəyir. Əl-Hüdeydə limanı Qırmızı dənizdə 29 milyon nəfərlik əhalisi olan Yəmənin ərzaq təminatı üçün əsas yol hesab olunur.

Wall Street Journal ABŞ rəsmilərinə istinadla yazıb: Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtonun dəstəyi olmadığı zamanadək əl-Hüdeydə limanını işğal etmək üçün səy göstərməyəcəklərini Birləşmiş Ştatlara bildiriblər.