Putin: Avropanın Moskvaya qarşı sanksiyaları hamının ziyanınadır
Rusiya prezidenti Vladimir Putin dünən Vyanada Avstriyanın kansleri Sebastian Kurz ilə birgə mətbuat konfransında deyib: Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları hamı üçün ziyanlıdır.
İRİB-in verdiyi məlumata görə, Putin bu sanksiyaların ləğvinə çağırıb və Rusiyanın azad və əməkdaşlığa hazır ölkə olduğunu vurğulayıb.
Rusiya prezidenti deyib: Moskva problemlərin həlli istiqamətində lazımi addımlar atmağa hazırdır.
Bu mətbuat konfrasında Avstriya kansleri də Avropa ölkələrinin sadəcə biri-birinin köməkliyi ilə sülh və tərəqqiyə nail ola biləcəklərini vurğulayaraq deyib: Avstriya bütün tərəflərin mənfəət əldə edəcəyi bir durumun tərəfdarıdır.
Vladimir Putin Sebastian Kurts ilə görüşdən öncə Avstriya prezidenti Aleksandr Van der Bellen ilə görüşündə Suriya və Ukrayna böhranlarını müzakirə edib.
Rusiya prezidenti dünən Avstriyaya səfər edib.
ABŞ və AB 2014-cü ildən Rusiyanı Ukraynanın şərqində müdaxilə etmək və bu ölkə müxalifətinə yardım göstərmək ittihamı ilə iqtisadi və maliyyə sanksiyalarına məruz qoyublar və bu Moskvanın qarşılıqlı reaksiyasına səbəb olub.