İyun 08, 2018 12:06 Asia/Baku
  • İsveçdə terror aktını törədən ömürlük azadlıqdan məhrum edildi
    İsveçdə terror aktını törədən ömürlük azadlıqdan məhrum edildi

İsveç məhkəməsi 2017-ci ildə bir satış obyektinə yük maşını ilə soxulan şəxsi ömürlük azadlıqdan məhrum edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, İsveç məhkəməsi 2017-ci il aprel ayında Stokholmda yük maşınını satış-iaşə obyektinə çırpan və beş nəfərin ölümünə səbəb olan Rəhmət Əqilovu ömürlük azadlıqdan məhrum edib. 

Məhkəmə Əqilovun vətəndaşlığını müəyyən etməyib. 

İsveç baş naziri Stefan Lofen o vaxt bu hərəkəti İsveçə hücum adlandırıb və deyib ki, bütün faktlar hadisənin terror aktı olduğunu göstərir. 

Teqlər