İyun 11, 2018 15:51 Asia/Baku
  • Avropada irqçiliyə etiraz
    Avropada irqçiliyə etiraz

İtaliyada 10 mindən çox adam irqçiliyə etiraz aksiyasında iştirak edib.

Milan, Torbon, Roma, Palermo, Sisil və bir neçə başqa şəhərdə aksiyaçılar İtaliyadakı irqçiliyə öz etirazlarını bildiriblər və Nyu-Faşizm hisslərinin təzahür etməsi barədə xəbərdarlıq ediblər. 

Afrikalı miqrantlardan əlavə, İtaliyanın Florans şəhərində yerli sakinlər də aksiyaya qatılıblar. 

İtaliyanın şimalında Piaçenza şəhərində aksiyaçılar polis əməkdaşlarını daşa basıblar və aksiyaçılarla polis arasında qarşıdurma baş verib. 

Ötən həftə 20 il İtaliyada yaşamış Dine adlı Seneqal əsilli İtaliya vətəndaşı olan 54 yaşı bir çərçi küçədə qətlə yetirilib. 

Afrikalı miqrantlar sözü gedən adamın qətli ilə əlaqədar dəqiq cinayət işinin aparılması və bu irqçi hücumun mahiyyətinin müəyyənləşməsi tələbi ilə dəfələrlə geniş etiraz aksiyası keçiriblər. 

Avropada irqçilik meyilləri inkaredilməz reallıq olaraq gefniş miqyas almaqdadır. Bu cərəyanın ən əsas cəhəti isə müsəlman miqrantlara qarşı yönəlib. Son vaxtlar Avstriyada hüquq müdafiəçiləri məscidin bağlanmasına etiraz etdilər. 

Teqlər