Mun: Amerika ilə Ş.Koreya əlaqələri asanlıqla düzəlməyəcək
Cənubi Koreya prezidenti deyib: Amerikanın Şimali Koreya ilə uzunmüddətli düşmənçiliyi iki ölkə rəhbərlərinin sabah Sinqapurda baş tutacaq qörüşü ilə düzəlməyəcək.
Yunhap-ın verdiyi məlumata görə, Mun Cae İn ABŞ və Şimali Koreya rəhbərlərinin görüşündən bir gün öncə deyib: Bu iclas sadəcə Pxenyanın nüvə tərkisilahı məqsədi ilə uzunmüddətli bir prossesin başlanğıcı olacaq.
Cənubi Koreya prezidenti deyib: Sadəcə bir görüşlə Vaşinqton ilə Pxenyan arasındakı uzunmüddətli düşmənçiliyi həll etmək olmaz ona görə də, uzun müddətli prosses lazım olacaq və onların həlli ehtimal üzrə bir neçə il çəkəcək.
Bir neçə ay öncə iki koreya rəhbərləri arasında tarixi görüşdə Şimali Koreya ilə ABŞ rəhbərlərinin görüşü qərara alındı. İndi Tramp və Kim Cun İn Sinqapurdadırlar və sabah biri-biri ilə görüşəcəklər.