ABŞ Şimali Koreyaya təhlükəsizlik zəmanəti verəcək
ABŞ prezidenti və Şimali Koreyanın rəhbəri arasında imzalanmış anlaşma sənədinə əsasən ABŞ Şimali Koreya qarşısında üzərinə "təhlükəsizlik zəmanətləri" öhdəliyi götürüb.
İSNA-nın məlumatına görə, Donald Tramp və Kim Çen İn bu gün çərşənbə axşamı Sinqapurda görüşərək, əməkdaşlıq sənədi imzalayıblar. Bu sənədə əsasən hər iki ölkə sülh və rifah ilə yanaşı olacaq yeni münasibətlərin formalaşdırılmasına dair üzərlərinə öhdəlik götürüblər.
Bu anlaşma sənədində ABŞ və Şimali Koreya rəsmiləri Koreya Yarımadasında davamlı sülhə nail olmaq üçün razılığa gəliblər.
Şimali Koreya həmçinin, 28 aprel 2018-ci ilə bəyanatına əsasən Koreya Yarımadasının nüvə tərksilahı istiqamətində addım atacağını bildirib.
Trampın ötən bir ildə bir çox böyünəlxalq anlaşma və müqavilədən çıxmasını nəzərə alaraq, onun Şimali Koreya qarşısındakı öhdəliklərə və iki ölkə arasında imzalanmış anlaşmaya sadiq qalacağı məsələsi analitiklərdə şübhə doğurur.