İyun 13, 2018 09:40 Asia/Baku
  • Londonda BƏƏ səfirliyi qarşısında aksiya
    Londonda BƏƏ səfirliyi qarşısında aksiya

Britaniyada hüquq müdafiə təşkilatları və fəalları Birləşmiş Ərəb Əmirliklərinin həbsxanalarında insan haqlarının pozulmasına etiraz əlaməti olaraq dünən günortadan sonra BƏƏ-nin Londondakı səfirliyi qarşısında aksiya keçiriblər.

İRNA-nın verdiyi məlumata görə, aksiyaçılar BƏƏ məhbuslarının fotolarını əllərində daşıyaraq hüquq müdafiə fəallarının azad edilməli olduğuna dair şüarlar səsləndiriblər, BƏƏ həbsxanalarında insan haqlaırnın təkrar  pozulmasına etiraz ediblər. 

Aksiya iştirakçıları həmçinin imza toplayaraq BƏƏ-də söz azadlığı ilə əlaqədar bütün məhbusların qeyd-şərtsiz olaraq azadlığa buraxılması, həbsxanalarda insan haqlarının pozulması hallarına son qoyulması və Ərrizin və Əl-Vəsbə təcridxanalarının fəaliyyətinin dayandırılmasını istəyiblər. 

İndiyədək bir çox beynəlxalq təşkilat və hüquq müdafiə qurumları BƏƏ-də söz azadlığı durumunu, hüquq müdafiəçilərinin edam və həbs edilmələrini qınayıblar. 

BƏƏ xalqı seçmək, hökuməti dəyişmək və siyasi partiyalarda üzv olmaq hüququna malik deyillər. 

Teqlər