İtaliya ümumölkə etirazların şahidi olub
İtaliyanın yeni hökumətinin limanları Aralıq dənizindən gələn miqrantların üzünə bağlamaq qərarından sonra İtaliya ümumölkə etirazların şahidi olub, minlərlə italiyalı "Limanları açaq" şüarı ilə bu qərara qarşı öz etirazını bildirib.
İtaliyanın daxili işlər naziri Metyu Salvini dənizdə xilas edilmiş 629 miqrantı daşıyan Ekvarius gəmisinə İtaliyaya daxil olmaq icazəsi verməməsindən sonra bu ölkə xalqı ölkə boyu aksiya keçirərək bu qərara öz etirazını bildirib.
Etiraz aksiyaları, Milandan Brindizi, Aztoriandan Benontoya qədər müxtəlif şəhərləri əhatə edib.
Aksiyaçılar limanların miqrantların üzünə açılmasını və dənizdə onlara yardım göstərilməsini istəyiblər.
Sərhədsiz Həkimlər Təşkilatı da özünün internet portalında İtaliya xalqının həmrəyliyini yüksək qiymətləndirib.
Miqrantları dənizdən xilas edən qeyri-hökumət təşkilatının gəmisi isə bildirib ki, xilas edilmiş ümidsiz insanların İtaliyaya yol verilməmələri qələbə hesab oluna bilməz. Bu məsuliyyətsizlikdir və yanlış reaksiyadır. Bütün Avropa qrumları və dövlətləri İtaliya kimi miqrantların girişinin ön sırasında duran ölkələrə dəstək verməlidirlər ona görə ki, müştərək həll yollarına təzminat verilmiş olsun. Biz İtaliyanın demokratik qurumları və cəmiyyətlərinə ölkədəki etiraz aksiyalarına görə öz təşəkkürümüzü bildiririk.