Ş.Koreyanın tam nüvə tərkisilahınadək sanksiyalar qüvvədə qalacaq
ABŞ-ın dövlət katibi: Şimali Koreyaya qarşı sərt sanksiyalar bu ölkənin nüvə tərkisilahını tam şəkildə icra edəcəyi zamanadək qüvvədə qalmaqda davam edəcəkdir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyanın Sinqapur sammiti razılaşmasının etaplı və qarşılıqlı olmasına dair baxışı ilə təzadlı olan bir ifadədə deyib: Şimali Koreyaya qarşı sərt sanksiyalar bu ölkənin nüvə tərkisilahını tam şəkildə icra edəcəyi zamanadək qüvvədə qalmaqda davam edəcəkdir.
Mayk Pompeo Seulda Cənubi Koreya prezidenti və Yaponiya xarici işlər naziri ilə görüşdən sonra deyib: Amerika prezidenti açıq şəkildə nüvə silahsızlaşdırması və sanksiyaların götürülməsinin ardıcıllığı barədə söhbət edib və o, bu haqda tamamilə şəffaf olub. Biz tam nüvə silahsızlaşdırmasının şahidi olmaq istəyirik. Yalnız ondan sonra sanksiyaların aradan götürülməsi şəraiti yaranacaqdır. Belə bir halda Şimali Koreya mediaları bildiriblər ki, Tramp və Kim Koreya yarımadasında nüvə tərkisilahına və sülhə nail olmaq üçün eynizamanlı addımları və mərhələli prinsipi rəsmi şəkildə tanıyıblar.