Kəşmirdə aksiya
Kəşmirdə tanınmış hind jurnalistin qətlə yetirilməsi xalq aksiyası və bu ölkə ilə Pakistan arasında siyasi qalmaqallar ilə nəticələnib.
Kəşmirdə tanınmış hind jurnalist Şucaət Buxarinin qətlə yetirilməsindən və BMT-nin bu qətlə reaksiya verməsindən sonra məntəqə əhalisindən yüzlərlə nəfər dünən bu jurnalistin dəfn mərasimində geniş aksiya keçiribdir.
BMT-nin İnsan Haqları Şurası cümə axşamı günü həm Hindistanın, həm də Pakistanın nəzarətləri altında olan Kəşmir məntəqələrində insan haqlarının pozulması barədəki hesabatında iki ölkəni Kəşmirdə insan haqlarını pozmaqda ittiham edərək, bu xüsusda beynəlxalq təhqiqatın aparılmasını istəyibdir.
Hindistan və Pakistan dövlətləri də bir-birilərini hind jurnalist Şucaət Buxarinin qətlə yetirilməsində rol oynamaqda ittiham ediblər.
"Kəşmir İnqilabı" qəzetinin 51 yaşlı müxbiri Şucaət Buxari cümə axşamı günü Camu və Kəşmirin yay paytaxtı olan Srinaqarda üç naməlum şəxs tərəfindən açılan bir neçə atəş nəticəsində dünyasını dəyişib.
Bu hücumda qəzet ofisinin iki gözətçisi də öldürülübdür.
Buxari 2017-ci ildə "Pakistan ilə sülh müzakirələri" adlı qeyri-rəsmi qrupun Dubaydakı üzvlərindən biri olubdur.