İyun 16, 2018 21:34 Asia/Baku
  • Liviyanın şərqindəki toqquşmalarda 34 nəfər ölüb
    Liviyanın şərqindəki toqquşmalarda 34 nəfər ölüb

Liviyanın hərbi mənbələri bu ölkənin şərqindəki toqquşmalarda 34 nəfərin ölməsindən xəbər verib. Bu toqquşmalar yarımhərbçilərlə Xəlifə Həftər qüvvələri arasında baş verib.

Liviyanın hərbi mənbələri bildiriblər ki, Xəlifə Həftərin komandanlığı altında olan milli ordu adlı qüvvələrdən on dörd nəfər və 20 yarımhərbçi ötən iki sutka ərzindəki toqquşmalarda öldürülübdür. Hadisə Liviyanın şərqindəki "Hilal Nəfti" məntəqəsində baş verib.

Yarımhərbçilər son zamanlar Liviyanın şərqində Xəlifə Həftərin nəzarəti altında olan neft təsisatlarına, o sıradan "Hilal Nəfti" məntəqəsində yerləşən Rəəs Lanof və Əlsədrə limanlarına hücum edərək, azı bir anbarı yandırıblar.

Bu hücumu "Benqazi müdafiə batalyonları" adlı qüvvələr həyata keçiriblər. Xəlifə Həftər qüvvələri son illərdə onları Benqazidən çıxarıblar.

Liviya milli neft şirkəti özünün bütün işçilərini "Hilal Nəfti" məntəqəsindən çıxarıb və bu məntəqənin iki əsas neft terminalında fövqəladə vəziyyət elan olunubdur.

Liviya milli neft şirkətinin bildirdiyinə görə, yarımhərbçilərin hücumu bu ölkənin neft mənbələrinə 240 min barrellik zərər vurubdur.

Liviyanın neft ixracatının başlıca hissəsi bu ölkənin dörd əsas neft terminalından, o sıradan Zuytinə, Bəriqə, Rəəs Lanof və Əlsədrə neft terminallarından həyata keçirilir.

Teqlər