Kualalumpur malayziyalı hərbçiləri Ərəbistandan çıxarır
https://azeri.sahartv.ir/news/dünya-i314400-kualalumpur_malayziyalı_hərbçiləri_Ərəbistandan_çıxarır
Malayziyanın yeni müdafiə naziri Yəmənə qarşı savaşda Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmək üzrə Malayziya hərbçilərinin Ərəbistandakı iştirakına qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 09:17 Asia/Baku
  • Kualalumpur malayziyalı hərbçiləri Ərəbistandan çıxarır

Malayziyanın yeni müdafiə naziri Yəmənə qarşı savaşda Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmək üzrə Malayziya hərbçilərinin Ərəbistandakı iştirakına qarşı çıxıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Malayziyanın yeni müdafiə naziri Məhəmməd Səbu bu gün bildirib: Yəmənə hücumda iştirak edən Malayziya hərbçilərinin Səudiyyə Ərəbistanından çıxarılması dəyərləndirilməkdədir. 

Səbu ölkəsinin Yaxın Şərq və Fars körfəzindəki mövcud münaqişələrdə iştiraka maraqlı olmadığını bildirərək deyib: Yəmən kimi islam ölkəsində müharibədə iştirak etmək üçün Malayziyanın Ərəbistanda hərbi iştirakına heç bir səbəb yoxdur. 

Səudiyyə Ərəbistanının Yəməndəki militarizmi indiyədək on minlərlə yəmənlinin həlak olması və yaralanması, milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib.