Vaşinqton Pxenyana qarşı sanksiyalarını uzadıb
ABŞ prezidenti Şimali Koreya rəhbəri ilə son görüşünə və onunla razılaşma imzalamasına rəğmən, Pxenyana qarşı sanksiyaları daha bir il müddətinə uzadıbdır.
Donald Tramp dünən konqresə göndərdiyi qeydində Şimali Koreyanı ölkəsinə qarşı qeyri-adi və fövqəladə bir təhdid adlandırıb və Pxenyana qarşı sanksiyaları daha bir il müddətinə uzadıbdır.
Trampın dünən imzaladığı göstərişə əsasən, Şimali Koreyaya qarşı "fövqəladə milli vəziyyət"in və Pxenyana qarşı kəskin sanksiyaların uzadılması elə bir haldadır ki, Tramp bundan öncə bildirmişdi ki, onun iyunun 12-də Sinqapurda Şimali Koreyanın rəhbəri Kim Çen In ilə keçirdiyi görüş Pxeynayın Amerikaya qarşı nüvə hədələrinə son qoyubdur.
Kim Çen In və Donald Tramp həmin görüşdə bir sənəd imzladılar ki, ona əsasən, Pxenyan nüvə silahlarının tam şəkildə məhv edilməsi, Amerika isə Şimali Koreyaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə öhdəlik götürübdür.
Tramp proqnozedilməz bir şəxsiyyətə malikdir. Ötən bir il ərzində ABŞ hökuməti beynəlxalq təşkilatlardakı razılaşmalardan birtərəfli surətdə və beynəlxalq təşkilatların nəzərinin əksinə olaraq çıxıbdır ki, onun bariz nümunəsi, Amerikanın nüvə anlaşmasından çıxmasıdır.