Avstriya Avropa sərhədlərini qorumaq üçün hərbi qüvvənin göndərilməsini istədi
Avstriyanın müdafiə naziri qanunsuz mühacirlərin Avropaya girişini önləmək üçün Avropa Birliyinin sərhədlərinə ordu qüvvələrinin göndərilməsini istəyib.
Avstriyanın müdafiə naziri Mario Kunask Almaniyada çıxan Di Volt qəzetinə verdiyi müsahibədə Avropa Birliyinin təhlükəsizliyini möhkəmləndirmək üçün qanunsuz mühacirlərin Avropa Birliyinə girişini önləmək məqsədilə ordu və polis qüvvələrinin sərhəd məntəqələrə göndərilməsini istəib.
Avstriyanın müdafiə nazirinin bu təklifi Avropa Birliyinin xarici sərhədlərini mühafizə etmək üçün ordu və polis qüvvələrindən istifadəyə şamil olur.
Bu təklif Avropa Birliyinə üzv ölkələrin mühacirət və immiqrantlarla bağlı fikir ayrılığına son qoymaq məqsədi ilə bu gün keçirilməsi planlaşdırılan sammit ərəfəsində irəli sürülüb.
Avropa Birliyinə üzv ölkələrin iki günlük sammiti bu gün işə başlamalıdır.
Avropa Birliyinə üzv ölkələr immiqrantların qəbul olunması və onların məskunlaşdırılması məsələsində fikir ayrılığına malikdirlər.