İyul 01, 2018 14:02 Asia/Baku
  • Avstriyada hökumətə qarşı aksiya
    Avstriyada hökumətə qarşı aksiya

Avstriyada çoxlu sayda əhali əmək saatının artmasına qarşı etiraz edib.

Almaniya telekanalının verdiyi məlumata görə, 80 min Avstriya vətəndaşı aksiya keçirib. 

Bu məlumata görə, Avstriya dövləti əmək saatını gündəlik 8 saatdan 12 saata artırmaq istəyir. 

Aksiyaçılar üzərində " Niyə boş vaxtlarımızı oğurlayırsınız?" yazılmış plakatlar daşıyıblar. 

Avstriya parlamenti cüməaxşamı əmək saatının artması layihəsini təsdiq edəcək. 

Avstriya fəhlə birliyi hökumətin bu hərəkətinin fəhlələrin sağlamlığını pozacağını bildirib. 

Teqlər