İyul 07, 2018 12:22 Asia/Baku
  • ABŞ-ın C.Koreya ilə birgə manevri ləğv olunub
    ABŞ-ın C.Koreya ilə birgə manevri ləğv olunub

Amerika prezidenti Cənubi Koreya ilə birgə manevri ləğv edib.

Adının gizli qalmasını istəyən bir amerikalı rəsmi deyib ki, ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə birgə hərbi manevrin xərclərinin fövqəladə baha olduğunu bildirəndən sonra onun təmin olunmasını ləğv edib. Bu manevrin xərcinin təxmini xərci təqribən on dörd milyon dollardır.

2017-ci ildə on yeddi min 500 amerikalı qüvvə və Cənubi Koreyadan olan əlli mindən yuxarı qüvvə "Freedom Guardian" təlim-məşqlərində iştirak etdilər.

Bu manevrlərdə meydan təlimlərindən daha çox kompüter simulyasiyaları üzərində təmərküz edilir. Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Yeni-Zelandiya, Hollandiya və İngiltərə qüvvələri də bu manevrlərdə iştirak ediblər.

ABŞ rəsmiləri həmişə israr edirdilər ki, müttəfiqləri ilə həyata keçirdikləri manevrlər qüvvələrin hazırlığı və dostlarının etimadını cəlb etmək üçün lazımdır, amma Trampın manevrin ləğvi üzrə yeni qərarı Amerikanın müttəfiqləri, eləcə də onunla bir partiyadan olan hərbi rəsmiləri və qanunvericiləri çaş-baş salıbdır.

Teqlər