Tereza Mey İngiltərənin xarici işlər nazirini hədələyib
İngiltərənin baş naziri deyib ki, əgər bu ölkənin xarici işlər naziri Avropa Birliyindən çıxma proqramı- Breksit-in zəifləməsinə səbəb olarsa, onu ixrac edəcəkdir.
İngiltərənin baş naziri Tereza Mey bu ölkənin parlamentində mühafizəkar partiyanın qanunvericilərinə bir məktub göndərərək, bildiribdir ki, onun layihəsindən şikayət edəcək nazirlər ixrac olunacaqlar.
Tayms qəzeti bir reportajda Londonun Breksit barədəki proqramı ilə bağlı ixtilafa toxunaraq, yazıbdır ki, bir qrup nazir baş nazirin fəaliyyət tərzinə etiraz olaraq, kənara çəkilmək niyyətindədir.
Bu reportajda deyilir: İngiltərənin xarici işlər naziri Boris Conson bundan öncə sabiq baş nazir Devid Kameroon ilə söhbətdə demişdi ki, nazirlər kabinetində ondan başqa hamı Breksit-dən irəli gələn mövcud qarışıqlıqların amili olubdur.
İngiltərənin mühafizəkar dövlətində bu ölkənin Avropa Birliyindən çıxması ilə bağlı ixtilaflar son həftələrdə şiddətlənibdir.
İngiltərə baş nazirinin ofisi istefa verəcək nazirlərin yerlərini tutacaq nazirlərin siyahısını hazırlayıbdır.
İngiltərə dövləti ilə Avropa Birliyinin razılığına əsasən, bu ölkə 2019-cu ilin martınadək həmin birlikdən çıxma proqramını icra etməlidir.