Trampın miqrasiya siyasətləri amerikalıları bir-birinin canına salıb
İyul 08, 2018 08:52 Asia/Baku
ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətlərinin tərəfdarları və əleyhdarları Kentakki ştatının Lousvill şəhərində aksiya keçirib və bir-birlərinə qarşı şüarlar səsləndiriblər.
İRNA-nın məlumatına görə, Trampın miqrasiya siyasətlərinin əleyhdarları "Miqrasiya və Gömrüklər Agentliyini işğal edin!" hərəkatının üzvləri olublar.
ABŞ prezidentinin miqrasiya siyasətlərinin tərəfdarları da "3%-liklər" qrupunun tərəfdarlarından olublar.
"3%-liklər" qrupunun qənaətincə, amerikalıların sadəcə 3%-i britaniyalı müstəmləkəçilərlə savaşa qalxıb. Bu qrup ABŞ Konstitusiyasına dəstək üçün hərbi addımlardan istifadə olunmasını istəyir.