İyul 11, 2018 11:08 Asia/Baku
  • ABŞ-ın immiqrasiya məhkəməsində biryaşlı uşaq mühakimə olunub
    ABŞ-ın immiqrasiya məhkəməsində biryaşlı uşaq mühakimə olunub

Amerikanın Arizona ştatının Foniks şəhərinin məhkəməsi biryaşlı miqrant uşağı mühakimə edərək, barəsində hökm çıxarıbdır.

Bu məhkəmə həmin uşağın ekstradisiyası barədə hökm verib.

Valideynlərinin iştirakı olmadan immiqrasiya məhkəməsində hazır olan bu biryaşlı uşaq barədə nəhayət dırnaqarası "könüllü gediş" hökmü ilə Hondurasa ekstradisiya edilməsi qərara alınıbdır. Bu məhkəmə bundan öncə həmin miqrant uşağın atasını Hondurasa ekstradisiya etmişdi.

Amerikanın Arizona ştatının Foniks şəhəri məhkəməsinin Xuan adlandırdığı bu miqrant uşaq məhkəmədə işinə baxılarkən bir az plastik topla oynayıb, bir şüşədən süd içib və sonda da qərarsızlıq göstərərək, ağlayıbdır.

Məhkəmənin hakimi Con Riçardson deyib ki, bu uşağın mühakimə edilməsinə və onunla qeyri-insani rəftara görə, utanc hissi keçirir, zira bu uşaq immiqrasiya qanunundan heç bir şey başa düşmür.

Amerikada immiqrasiya vəkilləri bundan öncə etiraz edərək, bidirmişdilər ki, uşaqların məhkəmədə iştirakı onlar üçün iztirabgətirici və qorxuncdur.

Bu məlumata görə, mühacirlərin və xüsusən də uşaqların Amerikanın immiqrasiya məhkəmələrində vəkilə malik olmalarına bir zəmanət yoxdur.

Amerika prezidenti Donald Trampın üzdəniraq "sıfır tolerantlıq" siyasəti geniş etirazlarla qarşılanıbdır. Bu siyasətə əsasən, qanunsuz mühacirlərin uşaqları və onların ailələri bir-birilərindən ayrı şəkildə həbs olunurlar.

Teqlər