Özbəkistanın "İpək Yolu" bankında islami bankçılıq xidmətləri təqdim olunur
https://azeri.sahartv.ir/news/dünya-i317542-Özbəkistanın_İpək_yolu_bankında_islami_bankçılıq_xidmətləri_təqdim_olunur
Özbəkistanın "İpək Yolu" bankı bu ölkədə islami bankçılıq xidmətlərini təqdim etmək məqsədilə öz şöbələrində "islami bölmə"nin yaradılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2018 14:56 Asia/Baku
  • Özbəkistanın
    Özbəkistanın "İpək Yolu" bankında islami bankçılıq xidmətləri təqdim olunur

Özbəkistanın "İpək Yolu" bankı bu ölkədə islami bankçılıq xidmətlərini təqdim etmək məqsədilə öz şöbələrində "islami bölmə"nin yaradılmasından xəbər verib.

Daşkənddə Özbəkistanın "İpək Yolu" bankı və İslami İnkişaf Bankının tabeliyində olan İslam Təşkilatının heyətləri arasındakı müzakirələrdə iki tərəf bu ölkədə Özbəkistan xalqı üçün ilk islami bölmənin yaradılması layihəsinin önəmini vurğulayıbdır.

Özbəkistan ilə İslami İnkişaf Bankının bu ölkədə islami bölmənin yaradılması barədəki razılaşması İslami İnkişaf Bankı qrupunun 2018-ci ilin aprelində Tunisdə keçirilən 43-cü iclası çərçivəsində əldə olunubdur.

İslami bölmə ənənəvi ticarət bankında İslam prinsiplərinə əsasən bank xidmətləri verən bir struktur bölmədir.

İslami İnkişaf Bankı şəriət qanunları əsasında islami ölkələrin iqtisadi və ictimai rövnəqini himayə edir.