İyul 15, 2018 17:30 Asia/Baku
  • Çikaqo sakinləri Amerikada irqçilik əleyhinə etiraz ediblər
    Çikaqo sakinləri Amerikada irqçilik əleyhinə etiraz ediblər

Çikaqo şəhərində, qaradərililərin yaşadığı məhəllədə birn əfərin polis zabiti tərəfindən qətlə yetirilməsinin ardınca, şəhər ABŞ polisinin irqçi rəftarları əleyhinə etiraz aksiyasının şahidi olub.

Nyu-York Tayms-ın yazdığına görə, şənbə günü Çikaqo polisinin əsasən qaradərililərin yaşadığı "Sout Şur" məhəlləsində bir nəfəri qətlə yetirməsinin ardınca qəzəblənmiş xalq küçələrə axışaraq, polis zorakılığına etiraz edib. Polisin müdaxilə etməsi etiraz aksiyasının qarşıdurmaya çevirlməsinə səbəb olub. 

Çikaqo polisinin patrul xidmətinin rəisi Fred Ualer öldürülən şəxsin silahlı olduğuu və polisə hücum etmək istədiyini və elə buna görə də polis zabiti tərəfindən vurularaq, öldürüldüyünü iddia edib. 

Hadisə şahidlərinin dediyinə görə isə, polislər bu şəxsi silahsız və müdafiəsiz vəziyyətdə güllələyərək, öldürüblər. 

Teqlər