Ş.Koreyada bir raket sistemi dağıdılıb
https://azeri.sahartv.ir/news/dünya-i318293-Ş.koreyada_bir_raket_sistemi_dağıdılıb
Cənubi Koreyanın informasiya mənbələri Şimali Koreyada bir raket motorları sisteminin dağıdılması əməliyyatının başlanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2018 08:01 Asia/Baku
  • Ş.Koreyada bir raket sistemi dağıdılıb
    Ş.Koreyada bir raket sistemi dağıdılıb

Cənubi Koreyanın informasiya mənbələri Şimali Koreyada bir raket motorları sisteminin dağıdılması əməliyyatının başlanmasından xəbər veriblər.

Bu raket motorları sistemi Pxyonan əyalətindəki "Sohaye" süni peyk atışı mərkəzi stansiyasında yerləşir və 2012-ci ildən bəri Şimali Koreyada raket motorları sınağı və atışı üzrə ən mühüm stansiya olubdur.

Raket motorları sistemi Şimali Koreyanın ən mühüm texniki nailiyyətlərindən sayılır.

Belə bir halda, Pxenyan başçıları indiyədək Seul başçılarının bu barədəki iddiasını təsdiq etməyiblər.