İyul 26, 2018 16:37 Asia/Baku
  • Meksika və Kanada

Meksika və Kanada Vaşinqtonun Şimali Amerikada azad ticarətə dair "NAFTA" müqaviləsi üçün zaman məhdudiyyətinin nəzərdə tutulmasına dair təklifini rədd ediblər.

Röyters bildirir ki, Kanadanın xarici işlər naziri Kristina Frilənd və Meksikanın maliyyə naziri İldefonso Quaxardo çərşənbə günü Mexiko şəhərində baş tutan iclasın ardınca ABŞ-ın "NAFTA" anlaşmasına "anlaşmanın müddəti" bəndinin əlavə edilməsinə dair təklifinin əslində 5 ildən sonra bu anlaşmanın ləğv edilməsi mənasında dəyərləndiriblər.

Kanada və Meksika rəsmiləri davamlı olaraq üçtərəfli anlaşma olan "NAFTA"nın davam etməsini vurğulayırlar.

Onlar eyni zamanda bildiriblər ki, 24 illik "NAFTA" anlaşmasına düzəlişin edilməsi üzrə danışıqlarda irəliləyişin əldə olunacağına nikbindirlər.

"NAFTA" anlaşmasına düzəlişin edilməsinə dair müzakirələr ABŞ prezidentinin polad və alüminium üçün gömrük taariflərini artırmasının ardınca dalana dirənib.

Teqlər