İyul 26, 2018 19:33 Asia/Baku
  • ABŞ və Şimali Koreya arasındakı buzlar ərimir
    ABŞ və Şimali Koreya arasındakı buzlar ərimir

ABŞ prezidenti və Şimali Koreya rəhbəri arasında baş tutan görüşə rəğmən hələ də tərəflər arasındakı buzlar ərimək bilmir.

Vaşinqtonun birtərəfli, məntiqsiz və yekəxana tələblərinə boyun əymək istəməyən Şimali Koreya nüvə tərksilahı məsələsində ciddi addımların atılmasından çəkinir.

ABŞ medialarının Şimali Koreyanın nüvə tərksilahı barədə geniş propaqanda aprmalarına rəğmən, indi Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Pxenyanın bu sahədə irəliyə doğru hansısa addım atmadığını deyir: “Doğrudur. Onlar nüvə maddələri istehsal etməklə məşğuldurlar.”

Bundan öncə ABŞ dövlət katibinin Pxenyana olan üçüncü səfəri zamanı 2 gün sürən sıx müzakirələrin ardınca Şimali Koreya Vaşinqtonun özünü qanqster kimi apardığını və ABŞ-ın istəklərinin birtərəfli, eqoist və zorakılığa əsaslanan istəklər olduğunu elan edərək, bu məsələdən təəssüfləndiyini bildirmişdi.

“Şimali Koreyanın nüvə tərksilahı məsələsində hansısa müsbət irəliləyiş əldə olunmayıb. Və indi Tramp ilə baş müşaviri arasındakı ixtilaflar daha da dərinləşib.”

Analitiklərin dediklərinə görə öz təhlükəsizliyinə daimi təminat əldə etmək üçün ABŞ ilə sülh anlaşmasının imzalanmasına belə bağlayan Şimali Koreya indi, Vaşinqtonun bu məsələdən boyun qaçırtmasına görə, nüvə tərksilahı sahəsində irəliyə doğru hansısa addım atmaq niyyətində deyil.

Pxenyanın ballistik raketlər və nüvə silahlarının sınaqdan keçirilməsi üçün iki poliqonu simvolik şəkildə məhv etməsinə baxmayaraq, amerikalı analitiklərin Şimali Koreyanın nüvə cəbbəxanasında ən azı 20 nüvə başlığının olduğunu deməsi ilə Trampın bütün röyaları puça çıxıb.

“Şimali Koreyanın nüvə potensialı məni heyrətləndirdi. Onlar nüvə silahı istehsal etmək üçün böyük miqdarda plutonyum ehtiyatına malikdirlər.”

Şimali Koreyanın “Yorğun Dağ” adı ilə məşhur olan Mantape dağındakı nüvə poleqonunun dağıdılması mərasimində iştirak etmiş jurnalistlərdən birinin son zamanlar verdiyi müsahibə geniş rezonans doğurub: “Nəyə görə nüvə mütəxəssislərinin yerinə jurnalistlər dəvət olunmuşdular? Nüvə tunellərinin mütəxəssislərin iştirakı olmadan partladılması sadəcə formal xarakter daşıya bilər.”

Analitiklərin qənaətinə görə, “müharibədən çəkinmək” anlaşmasının davamlı sülh müqaviləsi ilə əvəz olunmadığı zamana kimi Şimali Koreya nüvə tərksilahı məsələsində öz xoşməramlılığını göstərən məhdud hərəkətlərdən başqa hansısa ciddi addım atmayacaq.

 

Teqlər